Tramp Meyi məzəmmət etdi


ABŞ Prezidenti Donald Tramp I Dünya müharibəsinin başa çatması ilə əlaqədar xatirə tədbirlərində iştirak etmək üçün getdiyi Parisdə Böyük Britaniyanın Baş naziri Tereza Meyi İran daxil olmaqla, bir sıra məsələlərdə tənqid edib. Yeniavaz.com “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, T. Mey ABŞ-dakı müvəqqəti seçkilərin nəticələri münasibətilə təbrik etmək üçün Parisdə Prezident təyyarəsinin göyərtəsində olan D. Trampa zəng edib.

Lakin Amerika lideri buna cavab olaraq T.Meyi İranı “cilovlamaq” işində Böyük Britaniyanın səylərinin kifayət qədər olmadığını hesab edərək danlayıb. Bundan başqa, D. Tramp britaniyalı Baş nazirə “Brexit” haqqında suallar verib. O, həmçinin bəyan edib ki, ABŞ və Avropa ölkələri arasında ticarət sazişləri doğru deyil. 

DİGƏR XƏBƏRLƏR

Top