Keçmiş qapıçı nazir oldu

 
Futbol üzrə Rusiya yığmasının keçmiş qapıçısı Vladimir Qabulov Şimali Osetiyanın Bədən Tərbiyəsi və İdman Nazirliyinə başçılıq edəcək. Yeniavaz.com Rusiya mətbuatına istinadla xəbər verir ki, qapıçı daha əvvəl idman karyerasını başa vurduğunu açıqlayıb.
 
Xatırladaq ki, 35 yaşlı V. Qabulov Moskvanın “Dinamo” və MOİK, “Alaniya”, “Kuban”, “Amkar”, “Anji” və Tulanın “Arsenal” klublarında çıxış edib. O, MOİK-in heyətində iki dəfə UEFA kubokunu qazanıb və iki dəfə Rusiya çempionu olub.

DİGƏR XƏBƏRLƏR

Top