Britaniya və Aİ “Brexit” üzrə razılığa gəldi

 
Avropa İttifaqı (Aİ) və Böyük Britaniya “Brexit” üzrə sazişin mətnini ekspertlər səviyyəsində qəbul ediblər. Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, Böyük Britaniyanın Nazirlər Kabinetinin nümayəndəsinin sözlərinə görə, bu həftə intensiv danışıqlardan sonra hər iki tərəfin mütəxəssisləri mətni texniki səviyyədə razılaşdırıblar.
 
Britaniya hökuməti müqavilə layihəsini müzakirə etmək üçün noyabrın 14-də toplaşacaq. Bildirilir ki, Aİ və Böyük Britaniyadan olan müzakirəçilərin razılığa gəldiyi razılaşmalar İrlandiya və Şimali İrlandiya arasında “sərt sərhədlərdən” qaçınmağa imkan verəcək.

DİGƏR XƏBƏRLƏR

Top