Azərbaycanda siqaretlər kəskin bahalaşacaq

2019-cu ildə Azərbaycanda siqaret və spirtli içkilərin qiyməti qalxacaq. Belə ki, büdcə sənədlərində 2019-cu ildə idxal olunan tütün məmulatlarına aksizlər kəskin şəkildə artacağı görünür.

Bu mənbədən büdcəyə daxil olan vəsaitin həcminin 2018-ci ilə nisbətən 2.5 dəfəyə yaxın çoxalması bahalaşma barədə danışmağa əsas verir. 

Gələn il idxal olunan tütün məmulatlarından büdcəyə 248.6 mln. manatın daxil olması proqnozlaşdırılır.

2018-ci il üçün həmin məbləğ 104 mln. manat idi. Yerli istehsala aksizlər üzrə daxilolmalarda əhəmiyyətli dərəcədə artım var: 10.1 mln. manatdan 58.5 mln. manata qədər artım proqnozlaşdırılır. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top