Qaşıqçının qətlinin mümkün sifarişçisi açıqlandı


Türkiyə kəşfiyyatının əməkdaşları  jurnalist Camal Qaşıqçının qətlinin sifarişçisinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın ola biləcəyinə inanırlar. Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York” qəzeti yazır.
Bildirilir ki, jurnalistin qatilləri törətdikləri cinayətə görə məhz onun qarşısında hesabat veriblər. Türkiyənin xüsusi xidmət orqanları əmindirlər ki, baş vermiş cinayətlə bağlı məlumatı səudiyyəli şahzadəyə kəşfiyyat polkovniki Mahir Əbdüləziz Mutrəb verib. O, qətlin törədildiyi konsulluqda olub.
Mütəxəssislərin əldə etdikləri səs yazılarından məlum olur ki, məhz M. Ə. Mutrəb şahzadənin köməkçilərindən birinə zəng vurub və bildirib ki, “iş görülüb”. O tələb edib ki, zəng vurduğu adam bu barədə “boss”a məlumat versin.
Türkiyə kəşfiyyatçılarının fikirlərini amerikalı həmkarları da bölüşürlər. Onlar əmindirlər ki, C. Qaşıqçının qətlini cinayəti törətmək üçün xüsusi olaraq İstanbula göndərilmiş 15 nəfərlik qrup həyata keçirib. Güman edilir ki, M. Ə. Mutrən qrupun üzvlərindən biri olub.

DİGƏR XƏBƏRLƏR

Top