Motsarta qulaq asan camışlar - VİDEO


İtaliyanın Napoli şəhərindən 100 kilometr cənubda yerləşən Vanulo fermasının camışları dünyaca məhşur bəstəkar Motsartın bəstələrinə qulaq asarlar.
Yeniavaz.com xarici mətbuata istinadən bildirir ki, fermanın sahibi Antonyo Palmeri musiqinin heyvanları sakitləşdirdiyini və istehsalda mühüm əhəmiyyət daşıdığını deyib.
 A. Palmeri heyvandarlıqla məşğul olur və camışlardan əldə etdiyi süddən mozarella pendiri istehsal edir. Fermada 40 nəfər işləyir və 600 heyvandan alınan südlə hər gün 400 kilo pendir istehsal olunur.

DİGƏR XƏBƏRLƏR

Top