Yunan polisi miqrantları döyərək Türkiyəyə göndərib


Yunanıstan polisinin Yəmən və Fələstindən gələn miqrantların üzərlərindəki paltarları çıxarıb, əşyalarını da aldıqdan sonra Türkiyəyə göndərdikləri iddia edilib.
Yeniavaz.com DHA-ya istinadla xəbər verir ki, miqrantlar Merih çayı vasitəsilə Türkiyəyə qaytarılıb.
Bildirilir ki, yunan polisi ölkələrinə qanunsuz yollarla girən yəmənli və fələstinlilərdən ibarət miqrantları tutduqdan sonra onları döyüblər, üzərlərindəki paltarları çıxarıblar və Türkiyəyə göndəriblər.
Ədirnədə isə kəndlilər miqrantları çılpaq vəziyyətdə tapıblar və onları çayxanaya aparıblar. Kəndlilər öz paltarlarını miqrantlara veriblər. Miqrantlar ardından polisə təhvil verilib.
 

DİGƏR XƏBƏRLƏR

Top