Maaşlar 70 qəpik azaldı - RƏSMİ


Bu ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki aylara - yanvar-avqust aylarına nisbətən 0,13% və yaxud 70 qəpik azalaraq 540 manat 50 qəpik olub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən verilən məlumatlara istinadən bildirir ki, bu ilin yanvar ayında ölkədə orta aylıq əmək haqqı 519,8 manat, fevralda 510,8 manat, martda 532,4 manat, apreldə 538,8 manat, may ayında 541 manat, iyun ayında 541,1 manat, iyul ayında 542,3 manat, avqust ayında isə 541,2 manat olub.
 

DİGƏR XƏBƏRLƏR

Top