Kılıçdaroğlu Ərdoğana təzminat verəcək

 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna qarşı açdığı məhkəmə işində yekun qərar verilib.
Yeniavaz.com “Sabah” qəzetinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Men adası iddiaları və kosmik otaqla bağlı aıqlamalarına görə CHP sədrinə qarşı məhkəmədə təzminat davası açmışdı.
Təzminat davasına əsasən K. Kılıçdaroğlundan 500 min türk lirəsi istənilirdi. Məhkəmə isə CHP sədrinin R.T. Ərdoğana 130 min lirə verməsinə dair qərar çıxarıb.
Xatırladaq ki, K. Kılıçdaroğlu iddia etmişdi ki, R.T. Ərdoğan Men adasındakı bir şirkətə milyonlarla dollar göndərib.

DİGƏR XƏBƏRLƏR

Top