Ərdoğan: Səudiyyə kəşfiyyat xidmətinin zabiti eşitdiklərindən şoka düşmüşdü


Səudiyyə Ərəbistanının kəşfiyyat xidmətinin əməkdaşı jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı səs yazısını dinləyəndə şoka düşmüşdü.
Yeniavaz.com “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Türkiyə cinayətlə bağlı səs yazısını istəyən hər kəsə verib: “Bizim kəşfiyyat təşkilatımız nəsə gizlətməyə çalışmır. Səs yazısını Səudiyyə Ərəbistanından başqa, ABŞ, Fransa, Kanada, Almaniya və Böyük Britaniya dinləyib. Səudiyyə kəşfiyyatının zabiti audioyazıda eşitdiklərindən şoka düşmüşdü”.
R.T. Ərdoğan qeyd edib ki, Səudiyyə Ərəbistanının kəşfiyyat xidmətinin əməkdaşı eşitdiklərindən sonra deyib ki, cinayətkarın çox güman heroin asılılığı olub, çünki bunu yalnız belə insan edə bilər: “Vəliəhd şahzadə Məhəmməd bin Salman bu cinayətin üstünü açmaq üçün bütün mümkün hər şeyi edəcəyinə vəd verib”.
 

DİGƏR XƏBƏRLƏR

Top