Bu il rekord sayda aviaşirkət müflis olub

 
2018-ci ilin əvvəlindən dünyada 20-dən çox aviaşirkət müflis olub. Yeniavaz.com xarici mətbuata istinadla xəbər verir ki, bu, son 10 ildə ən yüksək göstəricidir.
 
Ekspertlər bunun səbəbini kerosinin qiymətinin baha olması ilə əlaqələndirirlər. Qışda aviasəyahətlərə tələbatın azalmasına görə vəziyyət daha da gərginləşə bilər. Üstəlik hazırda neftin qiyməti ötən ilin eyni dövrünə nisbətən 17 faiz bahadır.
 
Bununla belə, hazırda aviaşirkətlər 2008-ci illə müqayisədə böhrana daha yaxşı hazırdırlar. Həmin vaxt neftin qiyməti kəskin bahalaşdığına görə 60-dan çox aviaşirkət bazarı tərk etmişdi. Kiçik aviaşirkətlər xüsusi risk zonasındadırlar.

DİGƏR XƏBƏRLƏR

Top