
İsrailin ötən gün Qəzza zolağında keçirdiyi hərbi əməliyyat zamanı baş vermiş atışmadan sonra tərəflər bir-birinə raket zərbələri endiriblər. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin cənub sərhədlərində vəziyyətin kəskinləşməsinə görə Fransaya səfərini yarımçıq qoyaraq vətəninə qayıdıb.
İsarail hərbçiləri ötən gün Qəzza sektorunda əməliyyat keçiriblər, əməliyyat zamanı fələstinli döyüşçülərlə atışma baş verib. İnsident nəticəsində 1 israili zabit və 6 fələstinli həlak olub. Həlak olan fələstinlilər arasında Qəzza zolağına başçılıq edən edən HƏMAS hərəkatının yüksək vəzifəli şəxsləri də var.
Fələstinlilər deyirlər ki, İsrailin diversiya qrupu anklavın ərazisinə sızaraq Han Yunis şəhəri ətrafında səhra komandirini öldürüblər, lakin qrup aşkarlanıb və atışma baş verib, atışma zamanı daha bir neçə fələstinli həlak olub. Öldürülən komandirin Nur Barak olduğu deyilir.
“İslam cihadı”nın hərbi qanadının “Saraya əl-Qüds” briqadası ümumi səfərbərlik elan edib. Bundan qısa müddət sonra İsrailin cənubunda hava həyəcanı siqnalı işə düşərək yerli əhalini Qəzza sektorundan mümkün raket zərbələri barədə xəbərdar edib.
İsrail hərbçiləri bazar günü axşamdan bəri ölkənin bütün ərazisinə 200 raketin buraxıldığını qeydə alıblar. “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi onlardan təqribən 60-nı məhv edib. Bazar ertəsi axşam saatlarında anklavdan atılan raket İsrail avtobusunu, tikililəri vurub. Bir nəfər Fələstin minalarının qəlpələrindən ağır xəsarət alıb.
Bundan sonra İsrail aviasiyası Qəzza zolağına zərbələr endirməyə başlayıb. Hərbçilər deyirlər ki, zərbələr havadan Qəzza sektorunun bütün ərazisinə endirilir. İsrail ordusu yerdən və havadan 20-dən çox obyektə hücum edib, onların arasında HƏMAS və “İslam cihadı”nın hərbi hədəfləri da var. Fələstinli həkimlərinin məlumatına görə, zərbələr zamanı üç nəfər həlak olub.
RAW FOOTAGE: The skies of southern Israel RIGHT NOW. Dozens of rockets are being fired from #Gaza at Israeli civilians. pic.twitter.com/Iu6QwzUo8l
— Israel Defense Forces (@IDFSpokesperson) November 12, 2018