“Lukoyl”dan sərt bəyanat: İranla müqavilə imzalamayacağıq


"Lukoyl" sanksiyalar aradan qaldırılmayanadək "Mansuri" layihəsi üzrə İranla müqavilə imzalanmayacaq". Yeniavaz.com report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə şirkətin prezidenti Vahid Ələkbərov bildirib. "Biz cari ilin ortalarınadək "Mansuri" yatağı üzərində çox fəal işləmişik. Demək olar ki, müqavilə hazırdır və biz onu başa çatdırmaq üzrəyik. Ancaq sanksiya aradan qaldırılmayanadək müqavilə belə tezliklə imzalanmayacaq", - o vurğulayıb. Qeyd edək ki, "Lukoyl" İranda fəaliyyətini dayandırıb. 

DİGƏR XƏBƏRLƏR

Top