“Bir neçə ay idi ki, içində “cin” olduğu deyilirdi” - Ölən gəncin FOTOLARI


“Murad döyüldüyü zaman qışqırıb ki, ölürəm, kömək edin. Onlar deyib ki, cin danışdırır onu”. Yeniavaz.com xəbər verir ki, bu sözləri qafqazinfo-ya Şabranda “cinçıxarma” adı ilə döyülüb öldürülən 25 yaşlı Murad Soltanovun dostu Məhərrəm Rza deyib. M. Rzanın sözlərinə görə, dostu atası ilə Şabrana istirahətə gedib: “Murad bir neçə aydı özünü narahat hiss edirdi, ruhi xəstə, içində "cin" olduğu deyilirdi. Maştağada şizofreniya diaqnozu qoyulmuşdu. 

Noyabr ayının 10-da gecə saatlarında Şabran şəhərindəki kirayədə yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. 6 nəfər guya onu xalq təbabətindən istifadə edərək şər qüvvələri çıxarmaq adı ilə nar ağacının çubuqları ilə vuraraq öldürüb. Bütün bədəni qap-qara idi, qan qusub. İstirahət adı ilə getmişdi, hardan bilərdi əlləri-qolları bağlanılıb döyüləcək”.

DİGƏR XƏBƏRLƏR

Top