Kanada kəşfiyyatı Qaşıqçının səs yazısını dinləyib?


Kanadanın kəşfiyyat orqanları Türkiyədə öldürülən jurnalist Camal Qaşıqçının səs yazılarını dinləyib. Yeniavaz.com “TRT Haber” telekanalına istinadla xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo deyib. Onun sözlərinə görə, Kanada kəşfiyyatı Qaşıqçı cinayətində Türkiyə kəşfiyyatı ilə yaxından əməkdaşlıq edir: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Parisdə qısa görüşüm oldu. Ona Qaşıqçı cinayətinin üzə çıxarılması səylərinə görə təşəkkür etdim”. C. Trüdo qeyd edib ki, C. Qaşıqçının öldürüldüyü zaman qeydə alınan səs yazılarını özü dinləməyib: “Bu cinayətlə əlaqədar Səudiyyə Ərəbistanı və müttəfiqlərimizlə əməkdaşlıq etməyə davam edəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top