Yağışlı hava davam edəcək - PROQNOZ


Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Yeniavaz.com-a açıqlamasında bildirib ki, noyabr ayının 13-14-də ölkə ərazisində yağışlı hava şəraiti davam edəcək: "Bakıda və Abşeron yarımadasında yaxın iki gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin noyabr ayının 13-də gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var". Onun sözlərinə görə, növbəti günlərdə ölkə ərazisində havanın temperaturunda mühüm bir dəyişiklik gözlənilmir: "Şimal-şərq küləyinin üstünlüyü müşahidə olunacaq".

DİGƏR XƏBƏRLƏR

Top