Keçmişdə insanların sağlam olmasının daha bir SİRRİ - Qarğıdalı saçağı qaynadıb içirdilər - FAYDALARI


Qarğıdalı saçağı çayından müalicəvi vasitə kimi türkəçarə müalicə üsulunda hələ qədim zamanlardan istifadə olunub. Hətta Azərbaycanın ən ucqar bölgələrində belə tibb elmindən məlumatlı olmayan insanlar da, qarğıdalı saçağı çayının faydalarını bilirlər.
Təəssüf ki, cibimizin pulunu apteklərdə xərcləməyə hazırıq, ancaq su qiymətinə satılan qarğıdalını alıb yedikdən sonra bizə pulsuz başa gələn min bir dərdin dərmanı saçağından yararlanmırıq.
Bizdən fərqli olaraq dünyanın bir çox bölgələrində, o cümlədən şimal qonşumuz Rusiyada qarğıdalı saçağı çayı içənlər kifayət qədərdir...
Yeniavaz.com saytı bu çayın faydalarını təqdim edir.
1. Bədəni qüvvətləndirir.
2. Arıqlamanı sürətləndirir.
3. Qan şəkərini nizamlayır.
4. Sidikqovucudur.
5. Böyrəkdə daş əmələ gəlməsinin qarşısını alır.
6. Uşaq əmizdirən qadınlarda südü artırır.
7. Sidik yolları, prostat vəzisi xəstəliklərinin müalicəsində istifadə olunur.
8. Yel ağrılarına yaxşı təsir edir.
9. Qastrit zamanı faydalıdır.
10. Vərəm xəstəliyinin müalicəsində effektlidir.
11. Venaların varikoz genişlənməsindən əziyyət çəkənlərə bu çaydan içmək məsləhətdir.
12. Cinsi aktivliyi artırır.
13. Yuxu gətirir.
14. Əsəb pozğunluğundan əziyyət çəkənlərə müalicəvi təsir göstərir.
15. Ödqovucudur, öd axınını yaxşılaşdırır.
16. Xolesterenin səviyyəsini aşağı salır.
17. Zehni və fiziki yorğunluğu aradan qaldırır.
18. Revmatizm xəstələrinə yaxşı təsir edir.
19. Ürəyi qoruyur.
20. Antibakterial vasitədir.
21. Qaraciyərə xeyirlidir.
22. Mədəaltı vəzinin fəaliyyətini yaxşılaşdırır.
23. Orqanizmi toksinlərdən təmizləyir.
24. Depressiyadan qurtulmağa kömək edir.

DİGƏR XƏBƏRLƏR

Top