Flora Kərimova: "Siz durub adımı müxalifət qoyub, mənə arxa çevirirsiz..."

Xalq artisti Flora Kərimova mərhum aktrisa Amaliya Pənahovanın vida mərasimində xalq yazıçısı Elçin Əfəndiyevlə aralarında yaranmış narazılığa "İnstagram" səhifəsində münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, Flora Kərimova xalq artistinə arxa çevirməyin bütün millətə qarşı hörmətsizlik olduğunu yazıb:

"Mən ancaq münasibətə adekvat cavab verən adamam... Demirəm ki, xalq artsitiyəm mənə arxa çevirmək olmaz!? Mən xalqın artistiyəm. Mənə arxa çevirmək adıma, daşıdığım rütbəyə və o adın arxasında duran, qiymət verən millətimə hörmətsizlikdi. İndiyə qədər heç vaxt ünvanıma olan hörmətsizliyi udmamışam və udmaram da. Bundan sonra mənə karyera lazım deyil. Hazırda 78 yaşındayam. Bu yaşa kimi mənliyimi qorumuşam. Amma, siz durub adımı müxalifət qoyub, mənə arxa çevirirsiz... Mən heç vaxt müxalifətçi olmamışam. Mən müxalif olmuşam... Əsl müxalifətçi olmaq üçün siyasi savad lazımdır... İnsanam, mən də nədənsə narazı ola və fikrimi söyləyə bilərəm.

Elçin bəy, siz məni nə yerinə qoydunuz? Elə bildin ki, mən bunu udacam? Udmayacam! Buna görə 78 il başı uca gəzməmişəm. Mənim mənəviyyat və fiziki ünvanıma bir adam söz danışa bilməz. Deyirlər ki, "qocalıb, ağlın itirib”. Bəli, qocalmışam. Ancaq hamıya bu yaşı arzulayıram. Bu yaşda hər kəsə mənim şuxluğumu, mənliyini qorumağı arzulayıram..."

DİGƏR XƏBƏRLƏR

Top