"Barselona"dan gözlənilməz məğlubiyyət - "Nou Kamp"da


İspaniya La Liqasının 12-ci turunda doğma “Nou Kamp”da “Betis”i qəbul edən “Barselona” gözlənilmədən rəqibinə uduzub.


İlk hissədə 2 top fərqi ilə hesabda geriyə düşən kataloniyalılar 68-ci dəqiqədə Lionel Messinin penaltidən vurduğu qolla fərqi azaltsa da, az sonra qapısından 3-cü topu buraxıb. 79-cu dəqiqədə Arturo Vidal meydan sahiblərini ümidləndirsə də, onların sevinci cəmi 3 dəqiqə çəkib. “Betis” futbolçuları 4-cü rəqibi meydanın mərkəzinə dəvət edib. Görüşdə son nöqtəni isə Messi qoyub. Argentinalı hücumçunun vurduğu qol yekun hesabı müəyyənləşdirib – 3:4.(qol.az)

DİGƏR XƏBƏRLƏR

Top