Yaponiyada turistlərə Wi-Fi vasitəsi ilə nəzarət edəcəklər


Yaponiyanın Kioto şəhərində turistlərin sayını proqnozlaşdıran, ona nəzarət edən, həmçinin məşhur məkanlarda ziyarətçilər axınını idarə edən yeni sistem yoxlanışdan keçiriləcək.

Bu ölkənin turizm nazirliyi və Turizm Assosiasiyasının pilot layihəsidir.

Layihə populyar məkan Arasiyama üçün nəzərdə tutulub. Arasiyama orta əsrlərdən gözəl mənzərələri ilə məşhurdur.

İlk dəfə Arasiyamanın 8 rayonunda "tıxac" proqnozları onlayn rejimdə, aktiv Wi-Fi siqnallarını izləyən ötürücülər əsasında yenilənəcək. (Trend)

DİGƏR XƏBƏRLƏR

Top