Moskvada ermənilərlə azərbaycanlılar arasında dava - VİDEO

Rusiyanın paytaxtı Moskvada keçirilən MMA döyüşü zamanı qarşıdurma yaranıb.

Yeniavaz.com Yenicag.az-a istinadla xəbər verir ki, buna ermənilərin təxribata əl atması səbəb olub.

Belə ki, həmyerlimiz Tural Rəhimovun döyüşü zamanı qarşılaşmanı izləyən ermənilər qondarma “Dağlıq Qarabağ Respublikasının" “bayrağı”nı açmaq istəyiblər. Bu zaman məsələyə müdaxilə edən azərbaycanlılar “bayrağı” ermənilərin əlindən alaraq cırıb.

Daha sonra məsələyə müdaxilə edən Rusiyanın Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri həmyerlilərimizə hücum edib. Döyülənlərin və saxlanılanların olduğu bildirilir.

 
 

DİGƏR XƏBƏRLƏR

Top