Avstraliyada çiyələklərə iynə sancan qadın saxlanıldı

Avstraliya polisi ölkədə satışa çıxarılan çiyələklərə iynə sancmaqda şübhəli bilinən qadını saxlayıb.

Bazar ertəsi 50 yaşlı qadına qarşı ittiham irəli sürüləcək. Məhkəmə Brisbendə keçiriləcək.

İynə sancılan çiyələklər Avstraliyanın 6 ştatındakı dükanlarda aşkarlanıb. Bundan əlavə, iynələr həmçinin bananlarda da tapılıb.

Avstraliya qanunlarına əsasən, “ərzaq sabotajı”na görə müttəhimə 15 ilə qədər həbs cəzası verilə bilər. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top