“Hizbulla”dan İsrailə xatırlatma: Çoxlu raketlərimiz var

 
“Hizbulla” hərəkatı İsrail tərəfindən istənilən aqressiyaya cavab verməyə hazırdır və İsrail ordusunun Livan ərazisinə qayıtmasına imkan verməyəcək. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu “Hizbulla” hərəkatının baş katibi Həsən Nəsrulla deyib.
 
O bildirib: “Biz İsrailin istənilən hücumuna mütləq cavab verəcəyik, düşmənin Livan ərazisinə qayıtması qəbuledilməzdir”. H. Nəsrulla növbəti dəfə xəbərdarlıq edib ki, “Hizbulla”nın kifayət qədər raketi var və onlar Livana hücum ediləcəyi təqdirdə, İsrailə qarşı tətbiq oluna bilər: “Təzyiq və sanksiyalar heç nəyi dəyişməyəcək”.
 
Qeyd edək ki, İsrail hərbçiləri sentyabrın sonunda bəyan etmişdilər ki, Livanın “Hizbulla” hərəkatı İranın dəstəyi ilə raket silahının dəqiqliyini yüksəltmək üçün Beyrutun əhalisi sıx olan rayonunda gizlincə müəssisə qurur. Livan rəhbərliyi isə Təl-Əvivi növbəti təcavüz üçün əsassız səbəb axtarmaqda ittiham edib.
 
ABŞ Prezidenti Donald Tramp oktyabrın 26-da imzaladığı qanunla “Hizbulla” hərəkatını dəstəkləyənlərə qarşı sanksiya tətbiq edib. Noyabrın 5-də qüvvəyə minən sanksiyalar aktivlərin dondurulmasını, Amerika vizalarının ləğv edilməsini və ABŞ-a girişin qadağan olunmasını nəzərdə tutur.

DİGƏR XƏBƏRLƏR

Top