Koçaryanın vəkilləri Avropa məhkəməsinə müraciət etdilər

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın vəkilləri müdafiənin təmin edilməsi hüququ məsələsi ilə əlaqədar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ediblər.

Bu barədə vəkillərdən biri – Aram Orbelyan bildirib.

O qeyd edib ki, məhkəmə zamanı hakimlərə ciddi təzyiq göstərilib və hətta onların qanuni qərar çıxardıqları təqdirdə barələrində qərəzli ittihamlar səsləndirilib. Onun sözlərinə görə, sosial şəbəkələrdə Koçaryanın vəkilləri təhdid edilir, hakim dairələr isə onların mühafizəsi üçün heç bir tədbir görmür.

Xatırladaq ki, Ermənistanın sabir prezidenti Robert Koçaryan 2008-ci ildə ölkədə konstitusiya quruluşunu zorla devirməkdə ittiham olunur. O həbs edilsə də, daha sonra Yerevanın Apellyasiya məhkəməsinin qərarı ilə azad olunub. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top