Həbsdən yenicə çıxan şəxs Sumqayıtda həyat yoldaşını bıçaqlayıb - SƏBƏB


Sumqayıtda keçmiş məhkum həyat yoldaşına bıçaqla xəsarət yetirib.

Hadisə "Yaşıldərə" yaşayış massivində baş verib.

Şəhər sakini, 1995-ci il Məmmədova Aysel Famil qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb. Həyat yoldaşı onun üz və bədən nahiyələrinə bıçaqla xəsarətlər yetirib.

Yaralı xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Hadisəni törədən şəxs məsuliyyətə cəlb olunub.

Hadisə qısqanclıq zəminində törədilib. Cütlük bir müddət imiş ki, ayrı yaşayırmış. Ailənin bir azyaşlı övladı var. Qeyd edək ki, A.Məmmədovanın əri həbsxanadan yenicə çıxıb. 

Faktla bağlı araşdırma aparılır.
(Report)

DİGƏR XƏBƏRLƏR

Top