Ərdoğan Qaşıqçının qatilinin yerini dedi


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, müxalifətçi səudiyyəli jurnalist Camal Qaşıqçının qatili Səudiyyə Ərəbistanında saxlanılan 18 nəfərdən biridir.

Dövlət başçısı bildirib ki, İstanbula qətldən öncə gələn 15 nəfər sırasında qatilin olduğu rəsmi Ər-Riyada bəllidir. Onun sözlərinə əsasən, həmin adamların hamısı jurnalistin qətlinə şübhəli bilinərək saxlanılan 18 nəfər sırasındadır.

“Onlar Camal Qaşıqçının kim tərəfindən qətlə yetirildiyini və cəsədin harada olduğunu dəqiq bilirlər. Səudiyyə Ərəbistanı onları ifadə verməyə məcbur edərək, bunu öyrənə bilər”, - Ərdoğan deyib.
(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top