Azərbaycanın idmançı yol polisləri 18 qızıl medal qazanıblar


ABŞ-ın Florida ştatının Orlando şəhərində pauerliftinq-benç press növü üzrə keçirilən dünya çempionatında qalib gələn Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Xidməti Alayının xüsusi tağımının əməkdaşı, polis leytenantı Famil Məhərrəmov və komanda yoldaşları ötən gecə Vətənə qayıdıblar.
Yeniavaz.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, onların qarşılanma mərasimində Baş İdarənin əməkdaşları və digər məsul şəxslər iştirak ediblər.
Yol polisi zabiti pauerliftinq-benç press növü üzrə yarışda birinci yeri tutub. Bundan başqa, həmin idman növü üzrə Azərbaycan yığma komandasının daha dörd üzvü yarışlarda qızıl medala layiq görülüblər. 
Qarşılanma mərasimində çıxış edən Baş İdarənin əməkdaşları bu uğurların ölkəmizdə idmanın inkişafına yüksək dövlət qayğısının və mükəmməl maddi-texniki bazanın yaradılmasının nəticəsi olduğunu vurğulayıblar. 
Qeyd edək ki, bu, son iki ayda Baş İdarənin əməkdaşlarının idman müxtəlif növlərində qazandıqları üçüncü qızıl medaldır. Cari ildə Yol Patrul Xidmətinin əməkdaşları idmanın ayrı-ayrı növləri üzrə ümumiyyətlə 18 qızıl medal əldə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top