Somalinin paytaxtı Moqadişoda baş vermiş partlayışda ölənlərin sayı 50 nəfərə çatıb.
Bu barədə "Sinhua" agentliyi polis nümayəndəsinə istinadən məlumat yayıb.
"Dağıntılar altında daha 3 cəsəd tapılıb. İndi ölənlərin sayı 50-ə çatıb", – deyə o bildirib.
Bildirilir ki, hadisə zamanı daha 58 nəfər xəsarət alıb. Polis rəsmisinin sözlərinə görə, ərazidə axtarış-xilasetmə işləri hələ də davam etdirilir.
Qeyd edək ki, terrorçular şəhərdə bir neçə partlayış törədiblər. Sonuncu partlayış tibb işçiləri hadisə yerinə gələn zaman baş verib.
Partlayışlara görə məsuliyyəti "Əş-Şəbab" terror qruplaşması üzərinə götürüb.
(Report)