
"Müəllimlik sahəsində problemlərin olduğu uzun müddətdir müşahidə olunur". Yeniavaz.com bildirir ki, bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil eksperti Məlahət Mürşüdlü deyib. Ekspert bildirib ki, bu gün müəllimin ən böyük problemi pedoqoji əməkdaşlığın bütün tələblərini yerinə yetirə bilməməsidir: "Müəllimlərin əməkdaşlıq səviyyələri və özünütəhsil məsələləri günün tələbləri səviyyəsində deyil. Bu gün azsaylı nümunəvi müəllimlərimiz var. Nümunəvi müəllimləri təcrübələri öyrənilməli və yayılmalıdır. Bu, dövlət strukturlarının mühüm işlərindən biri olmalıdır".