
Tək partiya dövrünün rəmzinə çevrilmiş zülümlərdən biri olan azanın türk dilində oxunmasının müdafiə olunması millətin dəyərlərinə qarşı düşmənçiliyin əlamətidir. Yeniavaz.com “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, hazırda azanı dəyişdirmək cəhdləri dəyərlərdən uzaqlaşmanın addımıdır: “Azanın ərəb dilində oxunması bir şeyi ifadə edir. Türk dilində azan deyiləndə onu yalnız biz başa düşürük. Ərəb dilində olanda isə bütün dünyanı ifadə edir. İndi bunu dəyişdirmək bizi dəyərlərimizdən uzaqlaşdırmaq mənasına gəlir”.
Xatırladaq ki, Cümhuriyyət Xalq Partiyasının deputatı azanın türk dilində oxunmasını təklif edib.
Tətbiqimizi yükləyə bilərsiniz