Çin və ABŞ arasında hərbi toqquşma ehtimalı: dünya fəlakətə sürüklənəcək


Çin və ABŞ arasında hərbi toqquşmalar təkcə hər iki ölkə üçün deyil, bütün dünya üçün fəlakətə gətirib çıxaracaq. Yeniavaz.com “İzvestiya” qəzetinə istinadla xəbər verir ki, bunu Çinin müdafiə naziri Vey Fenxe deyib. Onun sözlərinə görə, Çin qoşunları vətənin milli suverenliyini və ərazi bütövlüyünü, eləcə də onun inkişafının maraqlarını qətiyyətlə qoruyacaq. Nazir qeyd edib ki, Çin  hər iki tərəfin maraqlarını bərabər şəkildə nəzərə alan, qarşılıqlı etimada söykənən və qarşılıqlı fikir ayrılıqlarının aradan qaldırılmasına istiqamətlənən ABŞ ilə dialoqu davam etdirməyə hazırdır.

V. Fenxe bildirib ki, Çin və Amerikanın silahlı qüvvələrinin üzərinə vacib məsuliyyət qoyulub: “Bizim aramızda əməkdaşlığın əlverişli inkişafı iki ölkənin və bütün dünyanın xoşbəxtliyinin təminatıdır”.

DİGƏR XƏBƏRLƏR

Top