Somalidə iki terror aktı: ölənlərin sayı 30 nəfərə çatıb


Somalinin paytaxtı Moqadişoda törədilən partlayışlar nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb. Bu barədə yerli tibb mənbələrinə istinadən "Al Arabiya" məlumat yayıb. Bildirilir ki, terrorçular şəhərdə 4 partlayış törədiblər. Sonuncu partlayış tibb işçiləri hadisə yerinə gələn zaman baş verib. Partlayışlara görə məsuliyyəti "Əş-Şəbab" terror qruplaşması öz üzərinə götürüb.(report)

DİGƏR XƏBƏRLƏR

Top