
İsrail əsgərləri Qəzza zolağında aksiya keçirən fələstinlilərə qarşı gerçək mərmilərlə atəş açıblar. Yeniavaz.com “TRT Haber” telekanalına istinadla xəbər verir ki, açılan atəş nəticəsində 25 nəfər yaralanıb.
Yaralılardan birinin vəziyyəti ağırdır və Avropa Qəzza Xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, fələstinlilər martın 30-dan bəri blokadada olan Qəzza zolağının İsrail ilə sərhədində “Böyük Qayıdış Yürüyüş” adı altında işğala qarşı aksiya keçirirlər.
İsrail əsgərlərinin martın 30-dan bəri davam edən dinc aksiyalara müdaxiləsi nəticəsində 200-dən çox fələstinli həlak olub.
Tətbiqimizi yükləyə bilərsiniz