
Böyük Britaniya və Belçikanın baş nazirləri Tereza Mey və Şarl Mişelin korteji qəzaya düşüb.
Yeniavaz.com REN TV telekanalına istinadla xəbər verir ki, insident Belçikanın Mons şəhəri yaxınlığındakı E42 trasında baş verib.
Siyasətçilər I Dünya müharibəsi dövründə həlak olmuş ingilis əsgərlərinin memorialına gül dəstləri qoyduqdan sonra hadisə qeydə alınıb. Memorial Sen-Simforyen qəbiristanlığında qoyulub.
İlkin məlumata görə, qəza nəticəsində fəxri karaulun motosikletdə hərəkət edən iki polisi xəsarət alıb. Baş nazirlər xəsarət almayıblar.