Fotoqraf helikopterlə şəkil çəkərkən naməlum qəbilə tapıb - Kadra düşüblərmiş - FOTOLAR


Braziliyada yeni qəbilə tapılıb. Yeniavaz.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, qəbilə braziliyalı fotoqraf Ricardo Stuckert Amazon cəngəlliyinin üstündə helikopterdən şəkil çəkərkən kadra düşdükdən sonra aşkarlanıb. Kadrlardan qəbilənin helikopteri görüb qorxuya düşdükləri aydın olur.
Fotoqraf bu barədə aidiyyəti təşkilatlara məlumat verib və həmin əraziyə baxış keçirilib. Araşdırmalar nəticəsində qəbilənin dünya ilə heç bir bağlantısının olmadığı müəyyən edilib.
Qəbilə Braziliyanın şimal qərbində Peru ilə sərhədə yaxın Acre əyalətindəki meşələrdə yaşayır.
Onlar meşənin dərinliklərində, onun bir parçası olmuş və ona bel bağlamış bir həyat sürürlər. Əraziyə gələnlər qəbilə ilə əlaqə qurub, onların həyat şəraitini əks etdirən fotolar çəkməyə nail olublar.
Həmin fotoları təqdim edirik.










DİGƏR XƏBƏRLƏR

Top