
Azərbaycanda adambaşına düşən təhsil xərcləri ümumi xərclərin cəmi 1,8%-nə bərabərdir.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, Azərbaycanda adambaşına düşən istehlak xərcləri 278,2 manata bərabərdir və bu məbləğdən cəmi 5,1 manatı təhsil üçün sərf olunur.
Mədəniyyət və istirahət üçün xərclənən vəsait isə ümumi xərclərin 4,2%-ni və ya 11,7 manat təşkil edir.
Ən çox xərc ərzaq məhsullarına sərf edilir. Ərzaq məhsulları üçün ayda adambaşına 117,9 manat xərcləyirik ki, bu da ümumi xərclərin 42,4%-nə bərabərdir.
Bundan başqa kafe, restoran, yeməkxana və mehmanxanalarda ay ərzində adambaşına 23,4 manat xərclənir ki, bu da ümumi xərclərin 8,4%-ni təşkil edir. Rəqəmlərdən də göründüyü kimi, xərclərin yarıdan çox yemək-içməklə bağlıdır.