Evdən qovulan uşaq: Sığınacaqda mənə yaxşı baxırlar - VİDEO


İki gün əvvəl atası tərəfindən döyülərək evdən qovulan və iki aydan çox çöldə - Bakının 9-cu mikrorayon ərazisində yaşayan azyaşlı Vahid Həsənov barədə məlumat vermişdik. Reportajdan dərhal sonra müvafiq qurumlar hərəkətə keçərək uşağı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Mərkəzinə yerləşdirdi. Mövzunu diqqətdə saxlayaraq, Vahidin hazırkı vəziyyətini, yaşayış vəziyyətini gözümüzlə görmək üçün üz tutduq həmin sığınacağa.

Vahid bu gün səhərdən sığınacaqda olduğunu və burada özünü yaxşı hiss etdiyini dedi. Tibbi müayinədən keçən Vahidin sağlamlıq cəhətdən heç bir probleminin olmadığı müəyyən edildi. Sığınacaqda dərs və musiqi otaqları, idman zalı uşaqların ixtiyarına verilib. Baku TV əməkdaşları sığınacaqdan reportaj hazırlayıb. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top