Millət vəkilindən uşaq pulu ilə bağlı yazılan şərhlərə senzura - FOTOFAKT


Bu gün millət vəkili Hadı Rəcəbli "facebook" profilində uşaq pullarının verilməsi ilə bağlı paylaşım edib. Yeniavaz.com xəbər verir ki, deputat: ""Xalq bunu gözləyirdi. Təklif edirəm ki, 3 yaşına qədər uşaqlara da müavinət verilsin",-yazıb.
Məlumat üçün bildirək ki, Milli Məclisə müraciət edən 100 gənc ailə başçısı uşaq pulunun 16-18 yaşa kimi verilməsini xahiş etmişdilər, odur ki, deputat Hadı Rəcəblinin "3 yaşına qədər uşaqlara da müavinət verilsin" təklifi həmin valideynlər tərəfindən birmənalı qarşılanmayıb.
Bir çox insanlar Hadı müəllimin "facebook" profilində etdiyi bu paylaşıma daxil olub, rəy yazıb, uşaq pulunun 16-18 yaşa kimi verilməsini istədiyini bildiriblər. Həmin şərhlər silinib.
Hətta deputatın statusunun altına silinən şərhin yerinə bir daha şərh yazmaq istəyənlər blok edilirlər, yəni heç nə yazmaq olmur.
Artıq sosial şəbəkədə bu mövzuda paylaşımlar edilir və Hadı müəllimin yazılan şərhləri sildirməsi (və ya silməsi) ironiya ilə qarşılanır.
Silinən və "screen" edilən həmin şərhlərdən bəzilərini təqdim edirik.



DİGƏR XƏBƏRLƏR

Top