
ABŞ-ın Cənubi Kalifornoya bölgəsindəki barların birində baş vermiş atışmada 12 nəfər həlak olub.
Yeniavaz.com “Dojd” telekanalına istinadla xəbər verir ki, bu barədə polis məlumat verib.
İnsident nəticəsində daha 12 nəfər xəsarət alıb. Atəş açan kişi ölü vəziyyətdə tapılıb. Ölənlər arasında polis əməkdaşı da var. O, atəş açıldıqdan sonra bara gəlib. Polis əməkdaşı xəstəxanada keçinib.
Xatırladaq ki, naməlum şəxs Sauzend-Ouks şəhərindəki “Borderline Bar & Grill” barında atəş açıb. Həmin vaxt barda kollec tələbələri üçün gecə əyləncəsi keçirilib. Polisin məlumatına əsasən, hücum edən 30 atəş açıb. Polis terror aktı versiyasını istisna etməyib.