Tacikistanda qiyam: onlarla ölü və yaralı


Tacikistanda həbsxanaların birində baş vermiş qiyam nəticəsində təqribən 25 nəfər həlak olub.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, ölənlərin dəqiq sayı hələ müəyyənləşdirilir.
Ölənlər arasında iki zabit – koloniyanın əməkdaşı və xüssui təyinatlı da var. Bildirilir ki, qiyam zamanı iki zabit öldürülüb, altı mühafizəçi yaralanıb və onlar xəstəxanaya yerləşdirilib.
Həbsxananın yerləşdiyi Hucan şəhərinin Soqdiy bölgəsinin hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçib. Daha əvvəl verilmiş məlumata görə, İŞİD terror qruplaşmasının üzvü həbsxanadakı mühafizəçini zərərsizləşdirərək nəzarətçilərə atəş açmağa başlayıb.
Qiyam zamanı məhbuslar koloniyanın korpuslarından birini ələ keçiriblər. Yalnız xüsusi təyinatlıların köməkliyi ilə qiyamı yatırtmaq mümkün olub. 
 

DİGƏR XƏBƏRLƏR

Top