Yaponiyada ilk dəfə dron-poçtalyondan istifadə olunub


Yaponiya poçtu ilk dəfə iki şöbəsi arasında korrespondensiyaları tam muxtar rejimdə uçan dronlar vasitəsilə çatdırmağa başlayıb. Yeniavaz.com Azərtac-a istinadən xəbər verir ki, bu ölkə ərazisində həyata keçirilən ilk bu tip əməliyyat hesab edilir. Dronlar vasitəsilə daşınma noyabrın 7-də Fukuşima prefekturasının Minamişoma şəhərindən başlanıb. Pilotsuz uçan aparat iki kiloluq yük ilə qonşuluqda yerləşən Namie şəhərinə doğru hərəkət edib. Onun tam orta məktəbin şagirdləri tərfindən çəkilmiş dron şəkillərini və konditer məhsulunu daşıdığı bildirilir. Dron 9 kilometrlik məsafəni qət edərək, Namiedə yerləşən poçt məntəqəsinə cəmi 15 dəqiqəyə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top