
“Mazda” avtomobil konserni bütün dünya üzrə 640 minə yaxın avtomobilini geri çağırır. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, buna səbəb həmin maşınların dizel mühərriklərində klapan yaylarında problemin olması göstərilir. Bildirilir ki, təqribən 230 min avtomobil Yaponiyadan, daha 410 mini isə bütün dünyadan geri qaytarılacaq. CX-5 daxil olmaqla, “Mazda”nın 4 modeli geri çağırılacaq. Avtomobillərdəki nasazlıq mühərrikin dövriyyəsinin azalmasına, ən pis halda isə biixtiyar dayanmasına gətirib çıxara bilər.
Tətbiqimizi yükləyə bilərsiniz