![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2018/11/8/1/a4aa908a-d1fb-4944-bbaf-dea1793681ba/gemi-qezasi.jpg)
Norveçin qərb sahillərində yanacaq tankeri və hərbi kater toqquşub.
Yeniavaz.com CNN-ə istinadən xəbər verir ki, toqquşma nəticəsində yeddi nəfər yaralanıb.
“KNM Helge Ingstad” katerindəki 137 nəfər təxliyyə edilib. Yanacaq sızıntısının olub-olmaması haqqında isə hələ ki, məlumat yoxdur.