Trampın tənqid etdiyi ABŞ-ın baş prokuroru istefa verdi


ABŞ prezidenti Donald Tramp baş prokuror Ceff Seşnsın istefaya getdiyini elan edib.

Bu barədə Ağ Ev rəhbəri "Twitter"də yazıb.

"Baş prokuror Ceff Seşnsın Ədliyyə Nazirliyindəki Aparat rəhbəri Metyu Uitakerin bizim baş prokurorun vəzifəsinin yeni icraçısı olduğunu elan etməyə şadıq", - deyə Tramp bildirib.

Ağ Evin başçısı Seşnsa işinə görə təşəkkür edin. "Daimi əvəzetmə daha sonra elan ediləcək", - deyə prezident bildirib.

ABŞ prezidenti Seşnsın Ədliyyə Nazirliyinə rəhbərlik işini dəfələrlə açıq şəkildə tənqid edib. Tramp bir neçə dəfə bildirib ki, Ədliyyə Nazirliyinin işçiləri ona qarşı fəaliyyət göstərirlər.  (Report)

DİGƏR XƏBƏRLƏR

Top