Tramp: Neftin qiymətinin 100 dollar olmasını istəmirəm

 
ABŞ dünyada neftin qiymətinin artmasına yol verməmək üçün səkkiz ölkəni və ərazini İrana qarşı neft sanksiyalarından müvəqqəti çıxartmaq qərarına gəlib. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Amerika lideri Donald Tramp Ağ evdə aralıq seçkilərininin nəticələri üzrə keçirilmiş mətbuat konfransında deyib.
 
O bildirib: “Mən İrandan neft almaq baxımından bəzi ölkələrə istirahət etmək imkanı verdim. Mən bunu qismən ona görə etdim ki, onlar həqiqətən kömək istəyirdilər lakin əslində bunu ona görə etdim ki, mən 1 barel neftin qiymətinin  100 və ya 150 dollaradək artmamasını istəyirəm”.

DİGƏR XƏBƏRLƏR

Top