Daha bir xarici şirkətin Azərbaycandakı nümayəndəliyi bağlanıb

“Multivac Export AG” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edir. “Vergilər” qəzetində yer alan məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 57-ci ofis ünvanına bildirə bilərlər. 

Qeyd edək ki, şirkət hər cür ərzaq, sağlamlıq məhsulları və sənaye malları üçün qablaşdırma həlləri üzrə dünyanın aparıcı təchizatçılarından biridir. 

DİGƏR XƏBƏRLƏR

Top