ABŞ İranın Çabahar limanını sanksiya siyahısından çıxardıb


Birləşmiş Ştatlar Əfqanıstan və Hindistanın enerji resurslarının nəqli üçün istifadə etdiyi Çabahar limanını anti-İran sanksiyalarının siyahısından çıxardıb.

Bu barədə Dövlət Departamentinə istinadən RİA "Novosti" məlumat yayıb.

"Dərin araşdırmalardan sonra dövlət katibi, 2012-ci ildə İrana qarşı mübarizəyə dair qanun (IFCA) çərçivəsində Çabahar limanına və onunla əlaqəli olan dəmir yolu üçün tətbiq edilən sanksiya rejimini istisna etdi", - deyə idarə nümayəndəsi izah edib.

Onun sözlərinə görə, Amerika lideri Donald Trampın Asiya strategiyası xüsusilə Əfqanıstan iqtisadiyyatının artımına dəstək və Hindistanla tərəfdaşlıq münasibətlərinin inkişafını nəzərdə tutur. (Report)

DİGƏR XƏBƏRLƏR

Top