Azərbaycanlı alim Koreyada keçirilən təlimlərdə ölkəmizi təmsil edib - FOTOLAR


Koreya Respublikasının Seul, Seongnam, Sejong və Jeonju şəhərlərində keçirilən, "Yüksək səviyyəli Elm-Texnologiya-İnnovasiya Siyasəti və Strateji İnkişafı" adlı təlim proqramında Azərbaycandan - Bakı Mühəndislik Universiteti Texnoparkının direktor müavini dosent İsa Qasımov iştirak edib.
Yeniavaz.com saytına verilən məlumata görə, "Yüksək səviyyəli Elm-Texnologiya-İnnovasiya Siyasəti və Strateji İnkişafı" təlim proqramı elmin kommersiyalaşdırılması və inkişafının planlaşdırılması, həmçinin bu istiqamətdə potensialın artırılması istiqamətində Koreya Respublikasının təcrübəsi və qazanılan uğurlu nəticələrin öyərnilməsi, eləcə də əyani şəkildə müşahidə eilməsinə həsr edilib. Beynəlxalq xarakter daşıyan təlim proqramı nəzəri və praktiki hissələrdən ibarət olub. Belə ki, təlim proqramı əsas mövzunu ehtiva edən 16 fərqli seminar və 10-dan çox təcrübə turlarından ibarət olub. Bütün seminar və təcrübə turları ilə elm-texnologiya-innovasiya ekosisteminin formalaşdırılması və inkişafı sektorunda işləyən, o cümlədən qərar verən şəxslərin yüksək səviyyədə ixtisaslaşmasına xidmət edən təlim proqramı maraqlı və səmərəliliyi ilə diqqət çəkib.

İnkişaf etməkdə olan ölkələrdə elm-texnologiya-innovasiya ekosisteminin formalaşdırılması və inkişafına kömək xarakteri daşıyan təlimlərdə 8 ölkədən 11 nəfər iştirak edib.
Təlim proqramının tələblərinə uyğun olaraq, hər bir ölkənin nümayəndəsi təmsil etdiyi ölkə haqqında, eləcə də ölkənin elmi-texnoloji, həmçinin innovasiyalara əsaslanan inkşaf yolu və imkanları haqqında təqdimat da edilib. Bu təqdimatlar zamanı müxtəlif ölkələrin innovasiya ekosisteminin problemləri geniş müzakirə mövzusu olub.
İsa Qasımov tərəfindən edilən təqdimat da xüsusi marağa səbəb olub. 
Təlim proqramı əsasında verilən seminarların materialları elektron və kitab halında bütün iştirakçılara təqdim olunub.
Qeyd edək ki, təlimlər zamanı STEPİ-nin prezidenti Hwang-Hee Cho ilə görüşən İsa Qasımov ona BMU-nun hədiyyəsini təqdim edib.       

DİGƏR XƏBƏRLƏR

Top