“Ermənistan MN-i ilə heç bir əlaqə mövcud deyil” - Azərbaycandan reaksiya


Ermənistan müdafiə naziri vəzifəsini icra edən David Tonayan Azərbaycanla Ermənistanın Müdafiə Nazirlikləri arasında birbaşa telefon əlaqəsinin olduğunu iddia edib. Ermənistan KİV xəbər verir ki, bu barədə Tonayan bu gün parlamentdə jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, birbaşa əlaqə nazirlər səviyyəsində deyil, müvafiq məsul şəxslər tərəfindən həyata keçirilir. Azərbaycanın Müdafiə Nazirliyi də məsələyə dərhal reaksiya verib və bildirilib ki, iki ölkənin nazirlikləri arasında rabitə və ya heç bir digər əlaqə mövcud deyil.(qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top