Makrona hücum etmək istəyənlər saxlanıldı: XÜSUSİ ƏMƏLİYYAT


Fransa Prezidenti Emmanuel Makrona hücum etməyi planlaşdırılan altı nəfər saxlanılıb. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, onlar Fransa Baş Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən tutulub. Saxlanılanların radikal yönümlü baxışların tərəfdarları olduğu bildirilir. Onların saxlanılması üzrə əməliyyat İzer, İl və Vilen, Mozel departamentlərində aparılıb. Paris prokurorluğu cinayət qruplaşmasının yaradılmasında şübhəli bilinənlərə qarşı ilkin araşdırmaya başlayıb. 

DİGƏR XƏBƏRLƏR

Top